Milli Qurtuluş Gününə həsr olunmuş Ümumrespublika turniri keçirilib
08.06.2015 792 0.0 0

30 may tarixində Ağcəbədi rayon Mərkəzi Stadionunda Kempo idmanı (full versiyası) üzrə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş Ümumrespublika turniri keçirilmişdir. Yarışda uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət idmançılar öz çəki dərəcələri üzrə mübarizə aparıblar. Çəki dərəcələri 29 may tarixində Ağcəbədi rayon Mərkəzi Stadionunda keçirilmişdir.Turnirdə kempo idman klubları iştiarak etmişlər.

Azərbaycan Kempo Federasiyasından Qazeta.info-ya verilən məlumata görə Çempionat  Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kempo Federasiyasının və  “TOĞRUL” sport klubun təşkilatçılığı ilə keçirilmişdir. Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Azərbaycan Kempo Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.Qeyd edək ki,  Federasiyanın rayonlar üzrə bir sıra filialları vardır.  İdmancılar dəfələrlə istər Respublika daxili, istərsədə xaricdə həmişə öz sözlərini deyiblər.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar