Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
19.10.2016 470 0.0 0

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası oktyabrın 28-də keçiriləcək.

 

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

 

Bunlar Azərbaycan və bir sıra dövlətlər arasında imzalanmış sənədlərin ratifikasiyası, Cinayət, İnzibati Xətalar, Gömrük məcəllələrinə, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Yol hərəkəti haqqında”, “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən birinci oxunuşda “Məktəbəqədər təhsil haqqında” və ikinci oxunuşda “Kredit büroları haqqında” qanun layihələridir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar