Milli Məclisin deputatı vəfat edib
06.12.2019 553 0.0 0

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

Qazeta.info bildirir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar