Millət vəkilindən qıtlıq anonsu
06.03.2015 744 0.0 0

“Sahibkarları sıxışdırmaq düzgün deyil. Çünki bazar iqtisadiyyatıdır və tələb təklif əsasında bazar qiymətləri müəyyənləşir”.

Məlumata görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, dolların məzənnəsinin qalxmasından sonra sahibkarlar məcbur olub ki, xaricdən idxal olunan malları baha qiymətə satsınlar:

“Sahibkar xaricdən mal ala bilmək üçün pulunu dollar çevirməlidir. Daha sonra gedib xarici valyuta ilə Azərbaycana mal gətirir. Ancaq hazır ki, vəziyyət davam edərsə Azərbaycanda qıtlıq əmələ gələcək. Xüsusilə istehlak mallarında bu qıtlıq hiss olunacaq. Artıq bəzi sahibkarlar istehlak mallarını anbarlarda saxlayırlar. Mən aidiyyatı orqanlarından bu məsələyə diqqət yetirməyi xahiş edirəm”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar