MİNSK GÖRÜŞÜ BAŞA ÇATDI
12.02.2015 1014 0.0 0

“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. 

Ukrayna üzrə sazişin imzalanması mərasimi Minskdə planlaşdırılır. Bundan başqa, Merkel və Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel bu gün Minskin Müstəqillik Sarayında birgə mətbuat konfransı keçirmək niyyətindədir. Onlar öz aralarında ayrıca görüş də keçirəcəklər.

TASS-a istinadla verilən məlumata görə, razılaşma üzrə danışıqlar artıq başa çatıb.
Hələlik təqribən 12-13 bəndlik sənədin məzmunu haqqında məlumat yoxdur. Bu onu göstərir ki, "Norman dördlüyü" liderləri hər bəndi 1 saata müzakirə ediblər.

Minskdə Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri 13 saatdır razılaşma üzrə mövqeləri uyğunlaşdırmağa çalışıblar. Onların söhbəti bağlı qapılar axasında keçir. Onlara vaxtaşırı olaraq xarici işlər nazirləri də qoşulurlar. Bəndlərin çox hissəsi artıq uyğunlaşdırılıb, hazırda sənədin son maddələrin redaktəsi üzərində iş gedir.

Bundan əlavə, Minskdə Ukrayna üzrə əlaqə qrupunun görüşü keçirilir. Bura Qondarma DNR və LNR respublikalarnın liderləri Aleksandr Zaxarçenko, İqor Plotnitskiy, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov da bu danışıqlara qoşulublar.

Görüşün işıqlandırılması üçün toplaşmış 500-dən çox jurnalist deyiblər ki, Ukrayna prezidenti Pyotr Poroşenko danışıqlar otağını tərk edib, onun arxasınca isə digər iştirakçılar çıxıblar.

Jurnalistlər ötən gecəni Müstəqillik Sarayının daş pillələrində keçiriblər.

Mətbuat yazır ki, Minskdə diplomatik marafon demək olar 14 saatdır davam edir. Bu, prezident Vladimir Putinin karyerasında ən uzunsürən danışıqlardan biridir.

Fransua Olland və Angela Merkel Minskdən Ukrayna üzrə danışıqlarda nail olunmuş razılaşmanın təfərrüatlarını bölüşmək üçün dərhal Brüsselə gedəcəklər.//anspress//


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar