MİLLƏT VƏKİLİ TARİF ŞURASINI İCTİMAİLƏŞDİRMƏK TƏKLİFİ VERİB
02.02.2015 943 0.0 0
 "Tarif Şurasının tərkibi qanunla müəyyənləşməlidir"

 

Bunu Azərbaycan Milli Məclisinin bu günkü iclasında millət vəkili Zahid Oruc  Tarif Şurasının statusu haqda danışarkən qeyd edib.

 

Qazeta.infonun Məlumatına görə, Z. Oruc bu yaxınlarda Tarif Şurasının benzinin qiyməti ilə bağlı çıxardığı anlaşılmaz qərarın ölkə başçısı tərəfindən ləğv olunduğunu xatırladaraq bildirib ki, bu strukturun fəaliyyətinə yenidən baxmaq lazımdır.

 

O qeyd edib ki, “Belə bir qurumun tərkibinin niyə müavinlər səviyyəsində formalaşması, yaxud hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Hesab edirəm ki, qanunla Tarif Şurasının statusunu yenidən müəyyən etməliyik”.

 

Məlumata görə millət vəkili Zahid Oruc Tarif Şurasının tərkibidə QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndə təmsil olunmasını təklif edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar