Metronu partladacağını deyən şəxs 5 il azadlıqdan məhrum edilib
26.10.2016 477 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə yalan məlumat verməkdə ittiham olunan Fəqani Hüseynovun məhkəməsi başa çatıb.


Məlumata görə, məhkəmənin hökmü ilə F. Hüseynov 5 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102" xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İmişli rayon sakini, 1977-ci il təvəllüdlü F. İsmayılov olduğu müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar