Meteoritin partlayışı ABŞ-da zəlzələ yaratdı - VİDEO
17.01.2018 1067 0.0 0

ABŞ-ın Detroyt şəhərinin yaxınlığında düşən kiçik meteorit havada partlayıb.

Xarici mediaya istinadən xəbər verilir ki, partlayış Rixter cədvəli üzrə 2 ballıq zəlzələnin baş verməsinə səbəb olub.

Sakinlər partlayışı əvvəlcə güclü ildırım kimi qəbul ediblər. Ancaq ABŞ-ın Milli Meteoroloji Xidmətinin mütəxəssisləri onun kiçik meteorid olduğunu bildiriblər.

Bu, sonradan Amerika Geoloji Xidmət tərəfindən də təsdiqlənib. Mümkün dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.

Hadisənin görüntüləri internetdə dərc edilib./Publika.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar