Messi və Neymar mövsümün oyunçusu adına namizədlərin siyahısına düşməyib
04.05.2022 13494 0.0 0

Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Liqa 1-in rəsmi saytına istinadən xəbər verilir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymar siyahıdan kənarda qalıb.

Əvəzində Paris təmsilçisindən Kilian Mbappe, "Monako"dan Vissam Ben-Yedder, "Marsel"dən Dmitri Payet, "Lion"dan Lukas Paketa və "Renn"dən Marten Terrye namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar