Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb
24.10.2019 537 0.0 0

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu barədə “Gracenote Live” məlumat yayıb.

Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.

Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.

Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar