Messi mövsümdə ilk qolunu vurub
07.10.2019 530 0.0 0

"Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi İspaniya La Liqasının "Sevilya" ilə səkkizinci tur matçında qol vurub.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu qol cari mövsümdə argentinalı futbolçu üçün birinci olub.

Bu qola qədər o Milanın "İnter"inə qarşı matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Kataloniyanın paytaxtında keçirilən səkkizinci turun qarşılaşması "Kamp Nou" stadionu sahiblərinin xeyrinə 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Messidən başqa, Luis Suares, Arturo Vidal və Osman Dembele fərqləniblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar