Merkel: G7 sammitində İran məsələsi konstruktiv şəkildə müzakirə edilib
26.08.2019 446 0.0 0

"G7 sammitində İran məsələsi üzrə konstruktiv müzakirə oldu. Bütün tərəflər nüvə məsələsinin diplomatik qərarı təklifi ilə  çıxış etdi".

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə Almaniya Federativ Respublikasının kansleri Angela Merkel G7 sammitinə dair keçirilən mətbuat konfransında bildirib.

"Bu, yaxşı və konstruktiv müzakirə idi, hansı ki, İranın nüvə silahını almaması və danışıqlar yolu ilə bu nəticəyə nail olmaq istəyində hamının vahid mövqeyini göstərdi ", - Merkel deyib.

O, əlavə edib ki, söhbət sonrakı eskalasiyanın buraxılmamasından gedir. 

Daha əvvəl Böyük yeddilik (G7) ölkələrinin liderləri Fransanın Biarrits şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar