Merkel dördüncü dəfə kansler postu uğrunda mübarizə aparaсağını bəyan edib
20.11.2016 539 0.0 0

Angela Merkel 2017-ci ildə Almaniya kansleri postuna namizədliyini irəli sürəcəyini rəsmən bəyan edib.
 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə Berlində jurnalistlərə verdiyi açıqlamada bildirib.
 
“Çox güman ki,  Almaniyanın birləşməsindən sonra bu ən mürəkkəb seçki olacaq”, deyə A.Merkel vurğulayıb.

Qeyd edək ki, Almaniya tarixində 4 dəfə kansler postunu tutmaq Helmut Kola nəsib olub. H. Kol 1982-1998-ci illərdə kansler olub. A. Merkel isə 2005-ci ildən kansler postunu tutur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar