Merkel: Avropa İttifaqı Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləyir
20.02.2016 565 0.0 0

 Avropa İttifaqına üzv ölkələrin liderləri Suriyada təhlükəsizlik zonasının yaradılması təklifini dəstəkləyir.
 
Reuters agentliyinə istinadən verilən məlumata görə, bunu Almaniyanın kansleri Angela Merkel Brüsseldə, Aİ-nın sammitində bəyan edib.
 
“Biz dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bufer zonalarının danışıqlar yolu ilə müəyyən edilməsinin tərəfdarıyıq”, deyə A.Merkel bildirib.
 
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki,  Suriya üzərində uçuşlardan azad zonanın yaradılması Almaniyanın deyil, rəsmi Ankaranın təşəbbüsüdür./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar