Merkel: `Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcəyik`
29.04.2017 997 0.0 0

Almaniya Türkiyə vətəndaşlarına ikili vətəndaşlıq pasportu verəcək.

Almaniya mətbuatına istinadən xəbər verilir ki, bunu ölkənin kansleri Angela Merkel bildirib.

O, qeyd edib ki, parlament seçkiləri dövründə xalqın önəmli hesab etdiyi hər bir məsələni gündəmə gətirəcək. Merkel vətəndaşlıq məsələsinin də bu sırada olduğunu, amma önəmli məsələ olmadığı bildirib. O, əlavə edib ki, Almaniya pasportuna sahib olan türk əsilli vətəndaş bu dövlətə sadiq olmalıdır.

"Burada əsas odur ki, insanları yaşam tərzimizə, konstitusiyamıza və dəyərlərimizə mümkün qədər erkən vaxtlardan inandıraq", - deyə kansler əlavə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar