Meksikalı maqnat Trampın qələbəsindən sonra 5,1 mlrd. dollar itirib
10.11.2016 448 0.0 0

Dünyanın 5-ci ən varlı insanı Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, meksikalı mediamaqnat Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra sərvətinin 9,2%-ni itirib.

 

"Bloomberg Billioners" indeksinə əsasən, seçkilərin nəticəsi elan olunduqdan sonra K. Slimin sərvəti 41 mlrd. dollaradək azalıb. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı D. Trampın qələbəsinin ardından 8-ci pilləyədək geriləyib. Hazırda onun sərvəti 49,2 mlrd. dollar həcmində dəyərləndirilir.

 

Qeyd edək ki, K. Slim Hillari Klintonun tərəfdarı olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar