Meksikada zəlzələ nəticəsində azı 139 nəfər ölüb - VİDEO
20.09.2017 642 0.0 0

Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.

Məlumata görə, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puenteyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında", - deyə Puentenin "Twitter"də yazdığı məlumatda bildirilir.

Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib./Report/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar