Mehdiabad qəsəbəsində mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib
19.09.2016 599 0.0 0

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-nin saytına istinadən verilən xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb  və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 23:27-də başa çatıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar