MDB PA-nın müşahidə missiyasının rəhbəri: Prezident seçkilərində tam açıqlıq və şəffaflıq təmin olunub
11.04.2018 1321 0.0 0

"Azərbaycanda keçirilən seçkilər bir çoxları üçün nümunə sayıla bilər".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının Azərbaycanda keçirilən Prezident seçkiləri üzrə müşahidə missiyasının koordinatoru, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib.

Onun sözlərinə görə, seçki prosesi yaxşı təşkil olunub, həm seçicilər, həm də beynəlxalq müşahidəçilər üçün bütün şərait yaradılıb: "Azərbaycanda seçkilərdə tam açıqlıq və şəffaflıq təmin olunub. Biz açıq, ədalətli və demokratik seçkilərin yaxşı bir nümunəsinin şahidi oluruq".

İ.Umarxanov bildirib ki, Azərbaycan MDB məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir: "Eyni zamanda, Azərbaycan və Rusiya arasında əlaqələr dinamik inkişaf edir". 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar