MDB PA Azərbaycandakı referendumu izləyəcək
10.09.2016 586 0.0 0

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu müşahidə edəcək.
 
Məlumata görə, bu barədə qurumun saytında məlumat verilib. Nümayəndə heyəti referendum günü Azərbaycanda olacaq. Bununla bağlı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenkoya rəsmi dəvət göndərilib. Müşahidə missiyasının tərkibinə MDB PA-da iştirak edən ölkələrin parlament üzvləri və MDB PA Şurası katibliyinin əməkdaşları daxil olacaq.
 
Xatırladaq ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar