Maykl Ceksonun malikanəsi yüksək məbləğə satışa çıxarıldı
31.05.2015 692 0.0 0

"Sotheby's International Realty" agentliyi dünya pop musiqisinin kralı Maykl Ceksona məxsus malikanəni 100 milyon dollara satışa çıxarıb.

Xarici mətbuata istinadən verilən məlumata görə, Santa-Barbaradan (Kaliforniya ştatı) 40 kilometr məsafədə yerləşən malikanə özündə böyük bir ərazidə yerləşən 22 tikilini birləşdirir.

Malikanənin ərazisinə iki göl, dəmiryol vağzalı, keçid yolu, hovuz, basketbol meydançası və tennis kortu üçün zona da daxildir.

Heyvanat parkı və atraksionu ilə məşhur olan malikanədə həmin ərazilər satılmayacaq. Malikanənin yeni sahibi evi yalnız 1 neçə lama və 50 yerlik kinoteatrla birgə əldə edəcək.

Qeyd edək ki, M.Cekson bu malikanəni 1987-ci ildə 19,5 milyon dollara almışdı./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar