Matviyenko: `Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edirik`
29.03.2022 233 0.0 0

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir".

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.

O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alyona Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar