Maştağada 14 yaşlı qız itkin düşüb
09.01.2018 938 0.0 0

Bakının Maştağa qəsəbəsində 14 yaşlı qız itkin düşüb.

 

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən  verilən məlumata görə, Maştağa qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nəsibə Namiq qızı Mirzəyeva yanvarın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən N. Mirzəyevanın əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub.

 

Polis itkin düşən yeniyetmə qızın fotosunu da təqdim edib. Onu görənlərdən (012) 455-44-32, (012) 455-02-02 telefon nömrələrinə məlumat vermələri xahiş olunur. /APA/

 


Digər xəbərlər:
Şərhlər
avatar