Maskalı şəxslər 80 yaşlı ər-arvadın evinə basqın etdi - VİDEO
05.10.2015 563 0.0 0

Masallı rayonunda naməlum maskalı şəxslər evə basqın ediblər.

Xəbərə görə, hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.
 
Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.
 
Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.
 
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar