Masazırda 3 nəfər güllələndi- Prokurorluq məlumat yaydı
28.04.2019 471 0.0 0

Məlum olduğu kimi, Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Qeyd edək ki, Abşeron Rayon Prokurorluğu qeyd edilən silahlı insidentlə bağlı məlumat yayıb.

Qazeta.info xəbər verir ki, Prokurorluqdan "Report"a verilən məlumata görə, aprelin 27-si saat 16:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində fəaliyyət göstərən "Günəş" alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Talıbov Məmməd, Qasımov Kamran və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar