Masallıdakı dəhşətli qəzada ölən gəncin anası intihar etdi
11.07.2019 1302 2.0 0

Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı övladı ölən qadın intihar edib.

Qazeta.info bildirir ki, bu barədə Oxu.az-a qəza nəticəsində ölənlərin yaxınları məlumat verib.

Belə ki, hadisə zamanı ölən 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlunun anası intihar edərək həyatına son qoyub. Sözügedən qadının qəzada yaralanan qızı - 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızının müalicə aldığı xəstəxanada özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar