Masallıda orta məktəb şagirdi idman dərsində ağır xəsarət alıb
10.01.2017 1022 0.0 0

Masallı rayonunda orta məktəb şagirdi idman edən zaman ağır xəsarət alıb.

 

Məlumata görə, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

 

 

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

 

 

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Vəziyyətinin ağır olduğu bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar