Masallı dağlarında qeydə alınan yanğın söndürülüb - YENİLƏNİB
10.08.2017 550 0.0 0

 

Fövqəladə Hallar NazirliyiMasallı dağlarında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə müşahidə olunan yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 16:11-də söndürülüb.

 

Ətraflı məlumat veriləcək.

*****

Masallı dağlarında yanğın başlayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur.

 

 

 

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb.

 

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar