Maşallah Əhmədov: 'Mənə şər atılıb'
13.10.2016 459 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Məlumata görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədov bildirib ki, istintaq düzgün aparılmadığına görə bir neçə dəfə vəsatət verib: "Mənə şər atılıb. Müdafiə hüququm pozulub. Məhkəmədən xahiş edirəm ki, bu işi ibtidai istintaqa qaytarasınız".

 

Məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.

 

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar