Marsda iri buz yataqları aşkarlanıb
16.12.2021 351 0.0 0

Mars planetində yerləşən dərin kanyonlardan birində böyük buz ehtiyatları aşkar edilib.

Bildirək ki, bu barədə tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.

Ehtiyatların aşkarlandığı Mariner Vadisi Marsın cənub yarımkürəsindəki nəhəng kanyon sistemi sayılır. Vadi günəş sisteminin bütün planetlərində ən böyük kanyondur.

Alimlər uzun müddətdir ki, Mariner vadilərinin ən qaranlıq guşələrində çoxlu buzun gizləndiyini güman edirdilər. Lakin son vaxtlara qədər onların mövcudluğunun birmənalı izlərini tapmaq mümkün olmayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar