Maraqlı açıqlama-İŞİD mövqeləri bombalandıqca sayları artır
30.03.2015 735 0.0 0

“İŞİD”in Suriyadakı mövqelərinin bombalanmasından sonra ölkə ərazisində radikal islamçıların sayı artmaqdadır.

“Fos News”a istinadən verilən xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. “Bəzi məlumatlara əsasən Suriya ərazisində silahlı qrupların tərkibinə hər ay minə yaxın yeni insan qatılır”, - deyə o, söyləyib.
 
B. Əsəd bombardmanların yalnız lokal effekt verdiyini, anoloji situasiyanın İraq və Liviyada da müşahidə olunduğunu vurğulayıb.
 
Suriya dövlət başçısı ABŞ-ın onu istefaya çağırmasına da münasibət bildirib: “Bu, onların işi deyil. Bu məsələni Suriya vətəndaşları həll edə bilər. Mən o zaman istefaya gedərəm ki, ictimai dəstəyim olmasın”.
 
B. Əsəd ABŞ-la dialoqa hazır olduğunu da açıqlayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar