Mançesterdə terror aktı ilə bağlı 10-cu şübhəli şəxs saxlanılıb
26.05.2017 831 0.0 0

Britaniyanın Mançester şəhərində polislər terror aktı ilə bağlı 10-cu şübhəli şəxsi saxlayıblar.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə hüquq mühafizə orqanlarının bəyanatında bildirilir.

Bəyanatda deyilir ki: "Araşdırma çərçivəsində 10 nəfər saxlanılıb, lakin bir kişi və qadın azadlığa buraxılıblar. Beləliklə, 8 nəfər nəzarət altında saxlanılır".

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar