Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir - VİDEO
23.05.2017 876 0.0 0

Məlumata görə, Maçhester polisi Arndale alış-veriş mərkəzində - hadisə yerində bir şübhəlini saxlayıb./Milli.az/

 

14:41

Ötən gecə qana bulanan Mançester şəhərində az öncə yenidən partlayış səsləri eşidilib.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, dünən gecə terror zamanı 22 nəfərin öldüyü Mançester şəhərində "Arndale" alış-veriş mərkəzindəki müştərilərin təxliyə edildiyi deyilir. Agentliyin məlumatına görə, ərazidə böyük bir partlayış səsi eşidilib.

Şahidlər bildiriblər ki, AVM-dəki xeyli sayda insan qaçaraq ərazidən uzaqlaşırlar.

Xatırladaq ki, İngiltərənin Mançhester şəhərində ABŞ-lı müğənni Ariana Qrandenin konsert verdiyi 'Manchester Arena"da törədilən partlayış terror aktı nəticəsində 22 nəfər həyatını itirib, 59 insan yaralanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar