Maliyyə naziri gələn ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amilləri açıqlayıb
01.12.2016 771 0.0 0

Bidirək ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 
Onun sözlərinə görə, 2017-ci il və orta müddətli dövrdə dövlət büdcəsinin gəlir və xərclərinin icrası üçün bir sıra risk faktorları mövcuddur: "Bunlar ilk növbədə dünya bazarında xam neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha da ucuzlaşmasıdır. Bilirsiniz ki, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin qiyməti 40 dollardan götürülüb. Yəni, neftin qiymətinin bu səviyyədən az olması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, ölkədə iqtisadi artımın proqnozlaşdırılandan daha az olması və xarici mühitdə baş verəcək digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında müəyyən çətinliklər mümkün ola bilər. Risk faktorlarının gerçəkləşdiyi təqdirdə yarana biləcək kəsiri bağlamaq üçün dövlət və icmal büdcənin xərclərinin azaldılması və digər zəruri tədbirlərin görülməsi istiqamətində atılacaq addımlar kifayət etmədikdə dövlət büdcəsi layihəsinə baxılması istisna edilmir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar