Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü - ŞOK VİDEO
14.10.2019 779 0.0 0

Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.

Qazeta.info Baku.ws-ə a istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.

Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb.

13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib. 
 
İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub. 

Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar