Macarıstanda koronavirusa rekord sayda yoluxma qeydə alınıb
19.11.2021 257 0.0 0

Macarıstanda koronavirus infeksiyası hallarının sayı gündə 11 289 nəfər artıb ki, bu da bütün pandemiya üçün yeni antirekord sayılır.

TASS-a istinadən xəbər verilir ki, bu barədə hökumətin informasiya portalı məlumat yayıb.

Son 24 saat ərzində ölkədə 135 nəfər koronavirusdan dünyasını dəyişib. Macarıstanda ölənlərin ümumi sayı 32 780 nəfərə çatıb.

Macarıstan hökumətinin başçısı Viktor Orban deyib: "Biz dördüncü dalğanın zirvəsindəyik. Peyvənd olunmayanlar ölümlə üz-üzədir. Virusoloqların fikrincə, məhdudlaşdırıcı tədbirlər infeksiyadan qorunmur, sadəcə virusun yayılmasını ləngidir. Sizi qoruyan yeganə şey peyvənddir. Onu da bilirik ki, peyvəndin ikinci dozasından sonra vaksinin qoruyucu təsiri zəifləyir. Təxminən altı ay sonra üçüncü peyvənd lazımdır"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar