Məzahir Pənahov: `Kiminsə adının seçici siyahısında olmaması həmin vətəndaşın səsverməsinə əngəl yaratmır`
10.04.2018 1521 0.0 0

“Azərbaycanda seçici siyahılarında problem yoxdur. Kiminsə adı seçici siyahısında olmaya bilər, bu, normaldır”

Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında deyib.

O bildirib ki, seçicinin adının seçki siyahısında olmaması vətəndaşın səsverməsinə əngəl yaratmır: “Bəzən insanlar seçici siyahısına düşməkdən yayınırlar. Biz onlara çağırış edirik ki, adlarının seçici siyahısına daxil edilməsi üçün müraciət etsinlər. Təəssüflər olsun ki, insanlar buna biganə yanaşır. Bu hallar seçki prosesinə kölgə sala bilməz. Adı seçici siyahısında olmayan şəxs səsvermə hüququndan istifadə etmək istəyirsə, qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə sənədlərini təqdim edib istədiyi namizədə səs verə bilər”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar