Məxfi əməliyyat: İki ailə Hələbdən belə çıxarıldı – VİDEO
21.11.2016 858 0.0 0
Məlumata görə, sosial şəbəkələrdə Suriyada atəş altında olan Hələbdən bir ailənin çıxarılma əməliyyatı  paylaşılıb. Əməliyyatda suriyalı hərbçilər, könüllülər, Düşmən tərəflərin  Barışdırılması üzrə  Rusiya Mərkəzinin  zabitləri və Rusiya humanitar missiyası birgə keçirib. Tədbir tam məxfi olub.
 
Kadrlarda iki ailə görüntülənib. Onlar hərəkətə tam qaranlıqda başlayıblar. Cəmi 600 metr irəliləməli idilər, ancaq, yəqin ki, bu, onların həyatlarında ən uzun yol oldu.
 
 
Videoda görünür ki, böyüklər əllərində uşaqlarla sürünürlər. Onlar hər 5-10 metrdən bir həm dincəlmək, həm də sonrakı növbəti addım üçün cəsarət yığmaq üçün dayanırlar.
 
1 saatdan sonra onlar artıq təyinat nöqtəsində idilər.
 
Ailə başçıları Hələbdə baş verənlərdən danışır. Onun sözlərinə görə, terrorçular arasında Qətər, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Türkiyə vətəndaşları və Qafqaz xalqlarının nümayəndələri var: «Onlar bütün mağazaları ələ keçiriblər və yeməklərin qiymətlərini qaldırıblar ki, insanlar məcbur qalıb onların tərəfindən vuruşsun… Onlar insan deyil, vəhşidirlər. Onlar bağışlanmağa layiq deyillər».
 
Qeyd edək ki Hələbin şərq hissəsində 100 mindən artıq sakin var və onların hamısı  terror qruplaşmalarının  girovluğundadırlar./faktxeber.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar