Məşhur «Üzən daşlar»ın sirri açıldı (FOTO)
08.03.2015 776 0.0 0

ABŞ-da quru göl yatağı "Reystrek Playa"da olan və "üzən daşlar" ("sailing stones") adlandırılan hərəkət edən qayalar 1940-cı ildən bir çox alimlərin marağına səbəb olub.

Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, qayalardan biri 2013-cü ilin dekabr ayından 2014-cü ilin yanvar ayına qədər 224 metr hərəkət edib. Mütəxəssislər isə bu hadisəni heç cür izah edə bilmirdilər. Amma D. Norris, Ceyms M. Norris, Ralf D. Lorens, Cib Rey və Breyn Ceksonun araşdırmaları nəticəsində, nəhayət ki, həmin qayaların sirri açılıb. Müəyyən edilib ki, qayaları hərəkət etdirən külək, yağış və buz olub. 

Qayalar külək və buzun təsirilə hərəkət edir və istiqamətini dəyişdirirlər. Yağışla küləyin təsirindən isə aşınmaya məruz qalırlar. Qış vaxtı daşların hərəkət etdiyini gözlə görmək mümkün deyil. Bununla belə, mütəxəssislər daha əvvəllər də qayalara külək və yağışın təsir etdiyindən şübhələnirdilər. /anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar