Məşhur rejissor vəfat edib
30.11.2015 541 0.0 0

Rusiyalı məşhur rejissor Eldar Ryazanov vəfat edib.
 
Lenta.ru-ya istinadən verilən məlumata görə, rejissor noyabrın 30-da 88 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
 
Noyabrın 29-da E. Ryazanov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 
 
Kinorejissor, ssenarist, SSRİ xalq artisti Eldar Ryazanov 1927-ci ildə Samarada anadan olub. O, “Ünvansız qız”, “Qusar balladası”, “Şikayət kitabını verin”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar