Məşhur narkobaron ABŞ-a ekstradisiya edilib
05.05.2022 305 0.0 0

Kolumbiyanın ən nüfuzlu narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.

Qazeta.info APA-ya istinadla xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke rəsmi məlumat verib.

“Məlumat verirəm ki, “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib. Bu cinayətkar yalnız Pablo Eskobarla müqayisə edilıə bilər” – deyə dövlət başçısı Tvitterdə yazıb.

Qeyd edək ki, 50 yaşlı narkobaron ötən oktyabrda hərbi əməliyyat zamanı saxlanıb. 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar