Məşhur istirahət mərkəzində ölüm hadisəsi baş verib
04.04.2016 556 0.0 0

Lənkəran şəhəri Aşağı Nüvədi qəsəbəsində yerləşən "Palıdlı Sahil" Ailəvi İstirahət Mərkəzində ölüm hadisəsi baş verib.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, istirahət mərkəzində dincələn Bakı şəhəri Azadlıq prospekti 179/50 ünvanında qeydiyyatda olan 61 yaşlı Səfərov Ələddin Nuşrəddin oğlu bu gün səhər naməlum səbəbdən dünyasını dəyişib. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ölümün səbəbi aparılacaq ekspertizanın rəyinə əsasən müəyyənləşəcək.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar