Məşhur aparıcını öldürən qadının həbsxanadakı qardaşı BÜTÜN HƏQİQƏTLƏRİ AÇDI
29.08.2017 1927 0.0 0

Məşhur aparıcı və aktyor Vatan Şaşmazı öldürən Filiz Akerin həbsxanada olan qardaşı məsələ ilə bağlı açıqlama verib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Filizin Akerin 22 ildir həbsxanada olan qardaşı Sumer Bayer cinayətin baş verməsini bacısının “Forex”də itirdiyi 2,5 milyon dollarla izah edib. Sumer Bayer bildirib ki, Filizlə Vatan 11 il əvvəl tanış olub:

“Vatan ilk xanımı ilə birgə ABŞ-da Filizin evinə qonaq gəlib. Ev almaq üçün Filizdən 130 min dollar aldı və qaytarmadı. Sonra Vatan Şaşmazla Sevilay Öztürk Filizi bank müdiri ilə tanış etmişdi. Vatan onun adına “Forex”ə pul qoyurdu. Onun adına əməliyyatları aparırdılar. Filizin “Forex”də 2,5 milyon dolları əldən getmişdi. Bacımın pulunu yedilər. 1 aydır hoteldə qalırdı. Həbsxanadan çıxdıqdan sonra 2 gün birlikdə vaxt keçirdik. Məni Boğazda yeməyə apardı. Əhvalı yaxşı idi. Cümə günü İzmirə ailəmin yanına gəldim. Hadisə günü də saat 16.17-də mənə zəng edib bu sözləri dedi: "Mən bu gün Hollandiyaya gedəcəyəm. Sabah sənə zəng edərəm". Sonra qardaşım zəng edib baş verən hadisəni nəql etdi. Bacımı ruhi xəstə və problemli məşuqə kimi təqdim edirlər. Xüsusən də doğma qardaşı qızı Dora Ercan. Bacımın ağlı başında idi və psixoloji problemləri yox idi. Hadisənin səbəbi Filizin pulunu ala bilməməsi olub".

Sumer Bayerin sözlərinə görə, Filiz Aker müflis olduqdan sonra Etilerdəki villasını və Mayamidəki evini satmalı olub:

“Filiz Vatandan pulunu istəyirdi. Vatan ayın 21-də də hotelə gəlib. Sənədlərdə var. Bunu mənə Filiz dedi. Bu görüşdə Vətən "130 min dolları dərhal verə bilmirəm, qalanını gələn həftə gətirəcəyəm” demişdi. Hadisə günü də Filiz Vatanın pulu qaytaracağını gözləyirdi. Aralarındakı mübahisənin nə üstündə çıxdığını, bacımın belə bir işə niyə əl atdığını bilmirəm. Psixoloji problemi olan birinə dövlət silah saxlamağa icazə verirmi? Hadisənin əsl səbəbi bacımın aldadılmasıdır".

Akerin digər qardaşı Süleyman Aker isə analarını 30 il əvvəl bacısının deyil, qardaşının öldürdüyünü və pul batırmaqla bağlı iddialar haqqında heç bir məlumatı olmadığını söyləyib.

Filiz Akerin bacısı oğlu Gürbüz Acar isə xalası ilə 2 il əvvəl görüşdüyünü deyib:

"Sonuncu görüşümüzdə mənə "Onu çox sevdim” deyib dayandı. İkisinə də çox acıdım. Bu sevdadan imtina etməsi lazım olduğunu dedim. Ona bu sözləri dediyim üçün məndən incidi. Xalam problemli yox, öz həyatını yaşayan insan idi. Vatan 2011-ci ildə ilk evliliyini etdiyi gün onu axtarıb evləndiyini xəbər verib. Çünki evlənməzdən əvvəl əlaqələri var idi. Xalamın Amerikada evi vardı. İki il əvvəl iqamətgahını "Hər yerdə Vatanı görürəm” deyərək satdı.

Acur xalasının Vatana pul verdiyi iddialarına isə "Görüşümüzdə 2, 5 milyon dollar pulunu itirdiyini demişdi. Necə itirdiyini bilmirəm. Psixologiyası korlanmışdı. Vatanın evliliyini eşidəndə intihara cəhd etmişdi" , - deyə cavab verib./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar