Məşhur amerikalı müğənnilər və aktrisalar Donald Trampa qarşı etiraz yürüşü keçirəcəklər
10.01.2017 765 0.0 0

Məşhur müğənnilər Şer və Keti Perri, aktrisa Skarlett Yohansson, eləcə də digər amerikalı ulduzlar ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz yürüşündə iştirak edəcəklər.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, yalnız qadınların qatılacağı aksiya yanvarın 21-də - yeni prezidentin vəzifəyə başlamasından sonrakı gün Vaşinqtonda baş tutacaq və dinc xarakter daşıyacaq.

Yürüşə həmçinin aktrisa Amerika Ferrera, Emi Şumer, Culianna Mur və Frensis Makdormend də qatılacaq.

Eyni gündə ABŞ-ın digər ştatlarında 150-dən çox bənzər aksiya keçiriləcək. Məsələn, Yuta ştatında yürüşə aktrisa və teleaparıcı Çelsi Hendler rəhbərlik edəcək.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasimi yanvarın 20-də baş tutacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar