Məşhur `Biq Mak` sendviçinin yaradıcısı vəfat edib
01.12.2016 1087 0.0 0

Məşhur “Biq Mak” sendviçinin yaradıcısı Cim Delliqati 98 yaşında ABŞ-da vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “McDonald’s” restoranlar şəbəkəsinin mətbuat katibi Kerri Ford bildirib.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Delliqati 1967-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “McDonald’s”ın yerli obyektinin direktoru olarkən, hamburgerin standart ölçülərini dəyişdirməyi təkilf edib.

Məlumata görə, “MakMaffin” adlı yumurtalı yemək də onun kəşfidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar