Mənşəyi məlum olmayan ət satan 10 nəfərin işi istintaqa göndərilib, həbs olunanlar var
16.06.2017 714 0.0 0

Mənşəyi məlum olmayan əti satışa çıxardığı üçün artıq 10 nəfərin işi istintaqa göndərilib. .

 

Bu barədə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 

Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanır.

 

“Məsələ burasındadır ki, nazirliyin prokurorluq və hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində bu hadisələr ortaya çıxır və biz bunun qarşısını alırıq. Onlarla iş təsdiq olunmaq üçün prokurorluq orqanlarına göndərilib. Artıq 10 nəfərin işi bu əməllərinə görə prokurorluq orqanlarına göndərilib, onlardan həbs olunanlar var. Mənşəyi məlum olmayan ət məhsullarının aşkarlanması nazirliyin fəaliyyətini gücləndirməsi sayəsində mümkün olub”, - deyə nazir vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar