Məleykə Əsədova və Ramiz Məlikin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
09.04.2018 1227 0.0 0

Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar