Məleykə Abbaszadə: «Mən bilmirəm bu kənd harda yerləşir»-Video
11.02.2015 1042 0.0 0

2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb.20 rayonun abituriyentlərinin 40 faizdən çoxu topladığı bal 100 baldan aşağı olub.

 

Qazeta.infonun məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının

təqdimatında  bildirib.

 

Daha sonra TQDK-sədri , "qəbulda toplanılması mümkün olan maksimal

bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-

700 intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını

yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i

"3", 15.7%-i "4", 6.0%-i isə "5" qiymət alıb” deyə bildirib.

 

 TQDK-sədrinin çıxışının tam mətnini aşağdakı video vasitəsi ilə izləyə bilərsiniz.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar