Məktəblər üçün «Son zəng» tarixi açıqlanıb
29.03.2016 601 0.0 0

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçiriləcəyi vaxt açıqlanıb. Qazeta.info bildirir ki, Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 
"Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək", - deyə nazirlikdən bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar