Məktəbdə müəllim döyüldü
09.03.2016 633 0.0 0
Bakıda orta məktəblərdən birində insident baş verib.
 
Xətai rayonu ərazisində, Cavanşir küçəsindəki 245 saylı orta məktəbdə çalışan müəllim, 1962-ci il təvəllüdlü Əsgərova Qənirə İkram qızı (ad və soyad şərtidir) işlədiyi məktəbdə Tamara adlı şəxs tərəfindən döyülüb.
 
54 yaşlı müəllim məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
 
245 saylı məktəbdən verilən məlumata görə hadisə araşdırıldığı üçün məktəb rəhbərliyi heç bir məlumat vermir. 
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, baş verənlər haqda məlumatları yoxdur. Mətbuat xidmətindən dəqiq məlumat almaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmək tövsiyyə olunub.
 
Məsləhət olunan istiqamətdə hərəkət edib Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Döyülən müəllimlə bağlı hər hansı məlumat olmadığı bildirildi./bizimyol.info/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar